Ana səhifə » Youtube’dan pul qazanmaq üçün nə etməliyik?

Youtube’dan pul qazanmaq üçün nə etməliyik?

Artıq texnologiyanın çox inkişaf etməsi, internet istifadəçilərinin sayının hər keçən gün artması səbəbi ilə internetdən pul qazanmaq yollarının və qazanılan məbləğin artmasına gətirib çıxarır. Bununla yanaşı bu passiv gəlir yöntəmi ilə pul qazananların sayında hər keçən gün artış görünür. Youtube’dan pul qazanmaq istəyənlərin və bunu bacaranların sayıda hər keçən gün artmağa davam edir. Youtube’dan pul qazanmaq üçün nə etməliyik? sualına cavab taparaq Youtubedan pul qazanmağa hazırsınız? Elə isə başlayaq.

Youtube’dan necə pul qazanmaq olar?

Youtube’dan pul qazanmaq istəyənlər ilk öncə Youtube Tərəfdaş Proqramına qatılmaq üçün müraciət etməlidirlər. Bunu etmək üçün isə ilk növbədə Youtube kanalına sahib olmalısınız. Əgər bir kanalınız varsa və o kanal Youtube’nin qaydalarına riayət olunacaq şəkildə qurulmuşdursa müraciətiniz qəbul ediləcikdir. Qaydalardan əsas olan biri müəllif huquqlarının qorunmasıdır. Məsələn, videdonuzda səslənən mahnı sizin videonuzda müəllif huquqlarının pozulmasına gətirib çıxara bilər. Ona görə videonuda səslənən mahnılara diqqət yetirməlisiniz.

Youtube’dan pul qazanmaq üçün kanalınızın ən az 1000 izləyici və son 12 ayda 4000 saat izlənilməsi lazımdır.

Youtube Kanalı Necə Açılır?

Youtube kanalı açmaq çox asan prosesdir. Hətda bir çoxları ozləri belə fərqinə varmadan Youtube kananallarını aktiv edirlər. Youtube kanalı açmaq normal bir hesab açmaqdan fərqlənmir. Əgər ki , Youtube’da bir kanalı izləyə bilir,şərh yaza bilirsinizsə bir kanala sahibsiniz deməkdir. Yenədə nələr etməli olduğunuzu qeyd etmək istəyirəm.

  • İlk öncə bir Gmail hesabına ehtiyacınız var. Yəni Youtube’da bir kanal açmaq üçün bir Gmail hesabına ehtiyacınız var.
  • Əgər ki, yoxdursa özünüzə bir Gmail hesabı açmalısınız.
  • Sonra isə Youtube daxil olaraq Gmail hesabımız ilə qeydiyyat oluruq.
  • Lazım olan bölmələrə məlumatlarınızı daxil edərək bir Youtube Kanalına sahib olursunuz.
  • Artıq Bir Youtube Kanalına sahibsiniz.
Youtube kanal açmaq

Youtube’dan pul qazanmaq necə aktivləşdirilir?

  • Youtube kanalımıza daxil oluruq
  • Youtube Studio bölməsinə daxil olursuz.
  • Egər 1000 izləyici və 4000 saat izlənmə vaxtını keçmisinizsə “Aktivləşdir” yazısı görunəcək və ona klik etməlisiniz.
  • Təyin Olunmuş səviyyəyə çatmadığınız halda “Uyğun olduğumda məni xəbərdar et” yazısısına klik edə bilərsiz. Və uyğun olduğunuzda sizə xəbərdarlıq bilidirişi gələcəkdir.
  • Aktivləşdirdikdən sonra Adsense hesabı yaratmanız lazım olacaq. Bundan sonra lazım olan bölmələri doldurduqdan sonra Youtube ilə pul qazanmağa başlaya bilərsiz.
  • Adsense hesabı ilə həm ödəmələrinizi ala, reklamları aktiv edə və öz reklamınızı verə bilərsiz.

Youtube Nə Qədər Qazandırır?

Ortalama olaraq Youtube videonuzun 1000 nəfər tərəfindən izlənilməsi, lokasyona və hədəf kütlədən asılı olaraq 0.5-2 Dollar arası qazanc verir.

Daha çox izlənmə üçün yüksək keyfiyyətli videolar çəkməlisiniz. Yüksek keyfiyyət demək ilk öncə görüntün yaxşı olmağı, səs keyfiyyətinin yaxşı olmağı və kameranın sabitliyi nəzərdə tutulur.

Yaxşı bir kameraya,mikrafona və bir kamera sabitləyici alətə sahibsəniz Youtube daxil olaraq sizdə Youtube ilə pul qazananlar sırasına daxil ola bilərsiz. İlk başlayanda isə hədəfiniz pul qazanmaq deyildə gözəl və hamının bəyənəcəyi videolar çəkməyə fokuslanmağınız uğura daha tez çatmağınıza kömək edəcək.

Rəy bölümü

2 şərhlər
Anar Nabiyev

Reklam