Ana səhifə » Yandex Toloka ilə Günə 5-20 Dollar Qazanmaq

Yandex Toloka ilə Günə 5-20 Dollar Qazanmaq

Yandex Toloka Nədir ?

Yandex Toloka Nədir? nədir sualı ilə başlayaq. Yandex öz işlərində yalnız proqramlaşdırılmış robotlardan istifadə etməyin əlehinədi. Buna görədə Yandex Toloka sistemindən istifadə edir. Bu sistem vasitəsilə Yandex bəzi əməliyyatlarını manuel olaraq Toloka istifadəçilərinin öhdəsinə buraxıb. Proqram sizə tapşırıqlar verir. Həmin Tapşırıqların yerinə yetirilməsinə görə müəyyən məbləğ təklif edir. Və tapşırığı yerinə yetirdiryinizdə məbləğ hesabınıza köçür. Bəzi hallarda, tapşırıqlarınız yoxlandıqdan sonra məbləğ hesabınıza köçür.

Qazanmağa necə başlaya bilərəm?

Çox sadə. toloka.yandex.com.tr saytına girərək. Yada telefonunuzda Yandex Toloka tətbiqini yükləyərək qeydiyyatdan keçirsiz. Qeydiyyat çox sadədədir. Qeydiyyat olduqdan sonra hər tapşırığa görə pul qazanmağa başlayacaqsız.

Tapşırıqlar necə olur?

Yandex Toloka’da tapşırıq növləri çoxdur. Daha çox irəllədikçə daha çox tapşırıqlar aktiv olur. Və daha çox tapşırıq daha çox pul deməkdir. Ən çox pul gətirən tapşırıq Sahə Tapşırıqlarıdı.

Sahə tapşırığı nədir? Məsələn, Yandex toloka sizə müəyyən bir obyektin şekilini çəkməyinizi və tapşırıqda var olan adın dogru olub olmadığını yoxlamağınızı istəyir. Tapşırıqlara daxil olmaq üçün telefonunuzda Yandex Toloka tətbiqini açıb Xəritədə tapşırıq bölməsinə daxil olursuz. Və qarşınıza sizin yaxınlığınızda olan tapşırıqlar çıxır. Uzaqda olanlarda görünə bilər. Hər tapşırığa görə təklif olunan məbləğ üzərində qeyd edilir. Tapşırığa daxil olub yerinə yetirirsiz.Və yoxlandıqdan sonra məbləğ dərhal balansınıza köçür. Siz yollarda çox olursunuzsa bu əsl sizə görədi. Getdiyiniz yerlərdə tapşırıqları yerını yetirərək əlavə qazanc əldə edə bilərsiz.

Burada birinci və ikinci tapşırıığa görə 1 sent verir. Bunun az olmağının səbəbi mənim müntəzəm tapşırıqları yerinə yetirməməyimdi. Əgər mən tapşırıqları müntəzəm yerinə yetirsəm həmin məbləğlərdə yüksək olacaq. Yəni,siz hər gün müntəzəm tapşırıqları yerıni yetirsəniz aktivliyiniz artacaq. Yüksək aktivlik yüksək məbləg demekdir.

Pulu necə alacam?

Yandex Toloka pulun çıxarılması üçün bizə 5 yol təklif edir. Yandex Money, Pay Pal, Skrill, papara, payoneer. Əgər Azərbaycanda yaşayırsınısa sizə uyğun olanı payoneerdi. Payoneerə pul çəkmək üçün hesabınızda minumum 20 dollar olmalıdı. Payoneere pul çekmək üçün sizdən heç bir faiz tutulmur. Pulunuz tam hesabınıza oturacaq. Əgər təsdiqlənmiş bir Yandex Money hesabınız varsa onunlada hesabınızda pulları asanlıqla idarə edə bilərsiz. Hesabınızda 0.02 dollar varsa siz onu Yandex Money hesabınıza asanlıqla yuükləyə bilərsiz. Yandex Money köçürmə ederkə 0.1 faiz komissiya haqqı tutulacaq.

Tapşırıq gəlmir. Nə etməliyəm?

Yeni istifadəcilərin ən çox qarşılaşdığı bir problemdi. Çunki siz yeni olduğunuz üçün aktivlik və ugurlu tapşırıq sayınız azdır. Buna gorədə ilk vaxtlarda sistem sizə az tapşırıq verə bilər.

Tapşırıqları və aktivliyi qısa müddətə artırmaq.

Bunun üçün toloka.yandex.com.tr saytınızda profilinizdə tapşırıqlar səhifəsini yeniləməyiniz lazımdır. Bunu tapşırıq gələnə kimi etməlisiniz. Bir neçə dəfədən sonra tapşırıq gələcək. Bununla daha çox tapşırıq yerinə yetirə bilərsiz.

Rus’ca tapşırıqlar gəlir. Nə edim?

Normalda tapşırıqlar türk’cə olur. Yuxarıdakı şəkildəndə gördüyüz kimi bəzən rus’ca tapşırıqlar gəlir. Əvvəl deyəsən bunun üçün bir şikayət formu olub. Ora bunu yazdıqda aradan qalxırmış. İndi səhf etmirəmsə həmin form artıq mövcut deyil. Siz tapşığı göndərənə bunu aradan qaldırmağı xahiş edin. Bundan əlavə çox rus’ca tapşırığı həll etmək üçün kiçik rus dili biliyi bəs edir. Əlavə olaraq translate proqramlarındanda istifadə edə bilərsiz.

Yandex Toloka ilə qazanmaq çox sadədir. Gündəlik kiçik xərcləriniz çıxara bilərsiniz. Yüksək gəlirlər əldə etməyi planlaşdırmayın. Çünkü yalan danışmayaq “mumkün deyil” 🙂 Professional səviyyədə günə 20 dollar qazanmaq olar bəlkə biraz daha çox amma daha artığına inanmıram. İnternetdən pul qazanmağın yüzlərlə yolu vardır. Dropshipping nədir ? başlıqlı yazımı oxuyaraq Dropshipping ilə yüksək gəlirlər əldə edə bilərsiniz.

Rəy bölümü

Anar Nabiyev

Reklam