webpnedir
Ana səhifə » WordPress’ə WEBP faylı əlavə etmək

WordPress’ə WEBP faylı əlavə etmək

Veb saytlarda səhifələrin yüklənmə sürətinin və performansın nə qədər vacib olduğu məlum məsələdir. Saytımızdakı kodlarda daxil olmaqla şekillərə kimi bütün məlumatların həcmini optimallaşdırmaq edəcəyimiz ilk işdir. Şəkilləri optimalaşdırmağın ən effektiv yolu şəkilləri WEBP formatında yükləməyimiz olacaq.

WEBP nədir?

WEBP Google tərəfindən yaradılan şəkilləri ən effektiv dərəcədə optimallaşdırmağa imkan verən kiçik ölçülü amma keyfiyyətli şəkil formatıdır. Daha aydın izah etmək üçün bir misal göstərmək istəyirəm.

webpnedir

Faylın həcmi kiçilsədə keyfiyyətinin demək olarki pozulmadığı göz qabağındadır. Bununla səhifələrinizin yüklənmə sürətini xeyli artırmaq mümküdür.

WEBP mənfi və müsbət tərəfləri

WEBP’nın JPEG, PNG va GIF formatlı fayllara görə üstün cəhədləri çoxdur.

  • Fayl ölçüləri daha kiçikdir
  • Hər bir şəkili WEBP formatına çevirmək mümkündür
  • Ölçüləri kiçildilsədə keyfiyyəti demək olarki dəyişməz

Mənfi cəhətləri

Tək bir problem olaraq bütün brauzerlərin WEBP formatını dəstəkləmədiyini göstərə bilərəm. Chrome, Opera, Yandex, Firefox bunların dəstəklədiyin test etmişəm. Amma mənim bildiyim tək Safari dəstəkləmir.

WordPress’ə WEBP faylı əlavə etmək

Bunun üçün worpressin dəstklədiyi əlavələr vardır. Amma bildiyimiz kimi əlavələr saytımızın performansı üçün mənfidir. Nə qədər az əlavə bir o qədər yaxşıdır. Ona görədə mən sizə əlavəsiz WordPress’ə WEBP faylı əlavə etmək üçün etməniz lazım olanları video vasitəsilə daha aydın çatdıracam.

Bu yazımıda belə sonlandırmaq istəyirəm. Növbəti yazılarımda WEBP haqqında toxunmadığım bir neçə məqamı sizlərlə bölüşməyi planlaşdırıram. Hələlik.

Rəy bölümü

Anar Nabiyev

Reklam