twitch nədir
Ana səhifə » Twitch nədir və nə qədər pul qazandırır?

Twitch nədir və nə qədər pul qazandırır?

Twitch populyar canlı yayın portallarından biridir. Twitch son zamanların ən çox populyarlıq qazanmış və bir çoxlarının çörək ağacına çevrilməyi bacarmışdır. Ən əsasda video oyunlar oynayan insanların marağında olan və son zamanların trend tətbiqlərindən biridir.

Twitch nədir?

Twitch-i, minlərlə kanalı olan bir tətbiq kimi düşünə bilərsiz. Uzun illərdir ( təxminən 8 il ) istifadəçilərin canlı yayın açaraq öz hünərlərini göstərdiyi bir portaldır. Əsasəndə video oyunları nümayiş etdirilən bu portalda eyni zaman rəsm çəkərkən, video editləyərkən, mahnı ifa edərkən və s. bu kimi şeylər izləyicilərlə bölüşülür. Twitch.tv insanların öz komputerləri ilə televiziya kanalı kimi canlı efir yaratmağına imkan verir.

Twitch-dən nece pul qazanılır?

Twitch -dən canlı yayın vasitəsilə ilə milyonlarla insan sizcə necə pul qazanır? Twitch-dən pul qazanmağın bir neçə yolur vardır. İlk olaraq reklam ilə. Siz lazımi izləyici kütləsinə çatdıqdan sonra oyun şirkətləri sizə öz oyunlarına oynayıb tanıtmağınız üçün müəyyən məbləğlərdə pullar ödəyir.

Digər bir reklamla qazan olan video sırasında araya girən reklamlardı. Əsasən Youtube-dan bildiyimiz bu tip reklamlardan qazanc Twitch-dədə mövcutdur. Burdada qarşımıza çıxan oyun reklamları olacaqdır. Və bu reklamları biz öz videomuzda aktiv edərək həmin reklamların izlənməsindən müəyyən məbləğlər əldə edirik. Bu məbləğlərdən Twitch biraz kəsinti edib öz payını alır.

Digər bir Twitch-dən pul qazanmağın yolu isə canlı yayında izləyicilərin sizə pul hədiyyə göndərə bilməsidir. Məsələn, sizin oyununuzu izləyən biri istərsə heç bir səbəb olmadan sizə 50 manat göndərə bilər.

Twitch nə qədər qazandırır?

Mən bunu sizə bəzi Twitch yayınçıların hansı abunə ilə nə qədər qazandığını, öz araşdırmam ilə əldə etdiyim məlumatları çatdıracam.

Twitch-də 700-800 min abunəsi olan biri yayın zaman təxminən yayını izləyən istifadəçilərdən 100 manatdan çox hədiyyə əldə edir. Və təxmini aylıq gəliri 7 min manat olur. Bunlar hər yayıncıya görə fərqlilik göstərir. Bu rəqəmlər bir neçə gəliri bilinənən yayıncıların gəlirini qarşılaşdırıb əldə etdiyim orta rəqəmlərdir.

Twitch Tərəfdaş Proqramı

Twitch-də irəli səviyyəyə gəlib çıxdıqdan sonra izləyiciləriniz kanalınıza abuna olmaq üçün 5 dollar ödəməli olacaq. Bu 5 dolların müəyyən hissəsini Twitch sizdən tutur yerdə qalan hissəsi isə sizin balansınıza yüklənir.Kanalınıza abunə olan insanlar videolarınız tam kəsintisiz izləyə bilir, sizin sadəcə abunələrizə özəl paylaşdığınız videoları görə bilir. Hətda sizin hesaba pullu abunə olan istifadəçilər sizinlə özəl mesajlaşa, özəl emojilərdən istifadə edə bilirlər.

Bu yazımda Twitch nədir? Twitch nə qədər qazandırır? suallarını cavablamağa çalışdım. Ümid edirəm ki, bəyənəciyiniz bir yazı olmuşdur. Oxuduğunuz üçün təşəkkürlər.

Rəy bölümü

Anar Nabiyev

Reklam