Ana səhifə » SEO Nədir ? Net Açıqlama

SEO Nədir ? Net Açıqlama

SEO Nədir?

Deməli, hər yerdə eşitdiyiniz və ya maraqlandığınız bu SEO-nun nə olduğun bilmək istəyirsiz. Və araşdırmağa başladığınızda qarşınıza çıxdım. Axtarış sisteminində qarşınıza çıxmağı bacarmışamsa bu yazımdakı uğurlu SEO sayəsindədir. Bu yazımda SEO haqqında bütün məlumatları ən anlayışlı şəkildə sizlərə çatdıracam. Və SEO nədir? sualına olan cavabımı, asan başa düşülən dildə sizlərə çatdıracam. Başlayaq.

SEO nədir?

SEO , Search Engine Optimization, İngiliscə qarşılığı, Axtarış sistemlərinə optimallaşdırma. Veb saytların axtarış sistemlərində göstərdiyi nəticələr üçün edilən çalışmaların toplusuna verilən addır. SEO ilə saytınızın performansını artıra və daha yüksək ziyarətçilər əldə edə bilərsiz.

SEO, axtarış sistemlərinə öz saytımızı bəyəndirmək kimidə başa düşülə bilər. Axtarış sistemləri yəni Google, Yandex, Bing, Baidu və s.

Google, axtarış sistemlərinin lideridi bunu hamımız bilirik. Bizim ilkin hədəfimiz Google olacaq. Google saytımızı bəyənib ilk səhifələrdə yer verməsi üçün çalışmalıyıq.

Google axtarış sistemi necə işləyir?

Deməli, bilinənlərin əksinə Google ancaq böyük və tanınmış veb saytlarını ilk səhifəyə çıxartmaz. Google, əsas olaraq yeni və orginal məlumatlar təqdim edən veb saytlara dəyər verir.

Hər yeni açılan bir domain ilk gundən böyük bir veb saytı olmağa namizəddir. Çünki, Google alqoritmasına görə hər yeni fikir dəyərləndirməyə dəyərdir. Saytınızdaki məlumatlar dəyərlidisə, yenidirsə, orginaldısa, insanlara bir faydası varsa, müəllif hüqüqları qorunursa, fərqlidisə Google saytınızı ilk sıralara çıxardacaqdır.

Daxili SEO Nədir?

Daxili SEO ( ON PAGE SEO ) SEO’nun əsasını təşkil edir. Yəni, adındanda göründüyü kimi saytınızın daxili sistemi ilə əlaqəli hər şey bura daxildir. Və bunları Google’in təyin etdiyi kriterlərə uygun optimallaşdırsaq Google bizi bu baxımdan yuxarı yerlərə qaldıracaqdır.

Daxili SEO’a nələr daxildir? Əsas məsələ nədir?

  • Title ve Description hissələrinə nəzarət edilməli.
  • Açar kəlimələr düzgün istifadə edilməlidir.
  • Saytın Axtarış sistemlərində qeyd olunması.
  • SSL Sertifikatının olması və düzgün qurulması.
  • URL idarəsini düzgün etmək.
  • Saytdakı URL’ların qısa və açar kəlimələrə uyğun olmaği
  • Saytdakı bütün məlumatların bizə ait olması.
  • Müəllif hüqüqlarının qorunması.
  • Sayt xəritələrinin yaradılması və axtarış sistemlərinə qeyd etməyimiz.
  • Şekillərin adlarına fikir vermək, açar kəlimələrə uyğun qeydlər etmək.
  • Sayt daxilindəki qırıq keçərli olmayan linklərin düzəldilməsi.
  • Mobil sisteminə uyğunluqda yaşanan problemlərin aradan qaldırılması.
  • Hər ekrana uyğunlaşmada yaranan problemlərin düzəldilməsi.
  • Səyfələrin yüklənmə sürətini (PageSpeed) üst seviyyəyə çıxartmaq.
  • Cache elavəsinin düzgün qurulması.
  • Kodlaşdırmadakı boşluqların, lazımsız kodların aradan qaldırılması və qısaldılması. Nə qədər qısa bir o qədər daha sürətli deməkdir.
  • CSS, JavaScript fayllarının optimallaşdırılaraq ən aşağı ölçülərə qədər kiçildilməsi.

Xarici SEO Nədir ?

Xarici SEO, əsasən daxili SEO işləri tamamlandıqdan sonra edilməsi lazım olan prosesdir. Xarici SEO, bir veb saytdan mətin yada şəkil üzərindən alınan backlink‘dir. Sizin veb saytınız üçün başqa saytlardan aldığınız backlink‘lər sizin saytınızın başqa saytlar tərəfindən tövsiyyə edilməsi mənasına gəlir. Bu isə axtarış sistemləri tərəfindən müəyyən olunur və saytınızın dəyəri yüksəlir.

Bu qaydalara əməl etsəniz sizin saytda müəyyən vaxtdan sonra öz layiqli yerini tutacaqdır. Unutmayaq ki, əgər saytımız yenidirsə axtarış sistemlərinin bizim saytımızı analiz etməsi üçün müəyyən vaxt lazım olacaqdır. Bu vaxtın uzun və ya qısa olmasıda sizin əlinizdədir. Beləki, yüksek SEO‘a sahibsinizsə axtarış sistemlərinin sizin saytı analiz etməyi və müyyən yerlərə gəlməyiniz üçün lazım olan vaxtda qısa olacaqdır.

Rəy bölümü

Anar Nabiyev

Reklam