Bu yazımda məndən tez-tez soruşulan ” dişlərimin sağlam qalması üçün nə etməliyəm? ” sualına cavab verəcəm.

1- Gündə 2 dəfə dişlərinizi fırçalayın
Gündə 2 dəfə səhər və axşam yeməkdən sonra dişlərinizi mütləq fırçalayın. Hər yeməkdən sonra fırçalamaq elədə düzgün deyil. 2 dəfə bəs olacaqdır. Dişlərinizi vaxtı-vaxtında fırçaladıqda dişlərinizdə və diş ətinizdə bakteriya toplanmasının qarşısı alınacaq. Və diş və diş ətinizin sağlamlığını qorumuş olacaqsız.
2- Sağlam qidalanın
Sağlam qidalanmanın bütün orqanizmimiz üçün nə qədər vacib olduğun bilirik. Dişlərimizin sağlam qalması üçündə qidalanmamıza fikir verməliyik. Gün ərzində lazımı vitamin və minerallar almaqla dişlərimizin qorumalıyıq. Kalsiumun bədənimizdə ən çox toplandığı yer dişlərimizdir. Kalsium sümüklərimiz üçün lazım olduğu qədər dişlərimiz üçündə lazımdır. Və əlavə olaraq A,C,D vitaminləri eyni zamanda magnezium və fosforada ehtiyacımız vardır.

3- Diş ipindən istifadə edin
Dişlərinizi fırçaladığınız zaman bəzi nöqtələr vardır ki, ora çatmaq mümkünsüzdür. Əsasən diş araları olan həmin yerləri təmizləmək üçün diş ipindən istifadə etməliyik. Davamlı olaraq diş ipindən istifadə etmək diş sağlamlığınız üçün vacibdir.
4- Ağız yaxalayıcı məhlullardan istifadə edin
Ağız yaxalayıcı məhlullar fırçanın çatmadığı yerləri, dil və diş ətini təmizləməyə kömək edir. Əsasəndə şirin qidalardan sonra ağız yaxalayıcı məhlullardan istifadə edin.
5- Saqqız çeynəyin
Qida qəbulundan sonra şəkərsiz saqqızdan istifadə edin. 30 dəqiqədən artıq olmamaq şərti ilə saqqız çeynəmək dişlərinizi təmizləməyə kömək edəcək, çənənizi qüvvətləndirəcək.
6- Hər yeməkdən sonra ağzınızı mütləq yaxalayın
Sağlam diş-lər üçün Yeməkdən sonra iliq su ilə dişlərinizi yaxalamaq mütləqdir. Bununla dişlərdə toplanmış qida qalıqları təmizlənmiş olur.
7- İldə ən az 2 dəfə stomatoloqa görünün
Vaxtı vaxtında stomatoloq müayinəsi dişlərinizin sağlamlığı üçün önəmlidir. Ona görədə sağlam diş ‘lər üçün ildə 2 dəfə stomatoloqa görünməyi unutmayın.