qrkodnedir
Ana səhifə » QR kod nədir? Şəxsi QR kodunu yarat

QR kod nədir? Şəxsi QR kodunu yarat

QR kod nədir? Nə deməkdir? QuickResponse Code yəni sürətli cavab kodu deməkdir. Bu yazımda sizlərlə QR kod haqqında lazımı məlumatları bölüşəcəm. Hansı ki, bu məlumatlar hər birimizə lazım ola biləcək məlumatlardır. Başlayaq.

Son zamanlarda QR kod ilə bir çox yerlərdə rastlaşırıq. Reklamlardan tutmuş şəxsi vizitkalara kimi bir çox yerlərdə QR Kod ilə rastlaşa bilərik. Bir çox reklam verənlər öz reklamlarında QR koddan istifadə edir. Bununla öz məhsulunun və ya xidmətinin tanıtımını daha ətraflı və sürətli şəkildə müştəriyə çatdıra bilir.

QR kod nədir?

QR kod, yuxarıda qeyd etdiyim kimi Quick Response Code yəni sürətli cavab kodu deməkdir. İlk dəfə 1994-cü ildə Yapon firması Denso tərəfindən patentləşdirilmiş bu kod, xüsusi bir matris barkod tipidir.Bu kodları mobil telefonların kamerası ilə oxutduqda koda yüklənmiş olan məlumatlara yönləndirir. Bu bir internet adresindən tutmuş, mətn, şəkil və başqa bir çox fayla yönləndirilə bilər. Ən maraqlı olanlarında biri isə wifi modemə bağlandıran koddur. Siz telefonuzla kodu oxutduğunuz anda kodda qeyd olan wifi adresinə avtomatik bağlanılır. Bu ən çox kafe və restoranlarda istifadə edilən bir metotdur.

QR kodun atası hamımızın bildiyi market barkodlarıdı. Hansı ki, hər muhsulun üzərində olan kodlar. Düzdür QR kodlar barkoda görə yüz dəfələrlə daha çox məlumat daşıya bilir. Amma yenədə keçmişimizi unutmamalıyıq.

QR kod necə yaradılır?

Bu çox asan bir prosesdir. Bunun üçün bir çox veb saytlar və mobil tətbiqlər var. İndi mən reklam olmasın deyə hansısa birin qeyd etmək istəmirəm. Məlum məsələ mənim saytımda reklam qiymətləri 3 min dollardan başlayır 😀 Nəsə, birin qeyd edim. Məsələn, bura daxil olaraq asanlıqla istədiyiniz növ QR kod yarada bilərsiniz.

QR kod nə üçün lazımdır?

QR kod nədir? sualına cavab tapdıqdan sonra gələk QR kod nə üçün lazımdır? Deməli, aparılan araştırmalara görə reklamlarına QR Koduda daxil eden reklamverənlər müştərilərində xeyli artım görülmüşdür. Bir çox ölkələrdə insanlar öz QR kodlarını metrolarda, kafelərdə uyğun reklam üçün nəzərdə tutulmuş yerlərə yerləşdirirlər. Bununlada bir çox insan mobil telefonu ilə kodu oxudur və koddakı məlumatı almış olur. Günümüzdə bir çox mobil telefon ilə heç bir əlavə tətbiqə ehtiyac olmadan QR kodları oxutmaq mümkündür. Məsələn, bu yazının giriş şəklində gördüyünüz QR kodu oxutmağı test edə bilərsiniz.

Bu yazımda QR kod haqqında bildiklərimi sizinlə bölüşdüm. Ümidvaram ki, bəyəndiyiniz və sizə yararlı bir yazı olmuşdur.

Rəy bölümü

Anar Nabiyev

Reklam