nfc nədir
Ana səhifə » NFC nədir? Necə istifadə olunur?

NFC nədir? Necə istifadə olunur?

Sizi saytımda görmək çox xoşdur. Bu yazımda NFC nədir? Necə istifadə olunur? suallarına ən uyğun cavabı sizlərlə bölüşəcəm.

Zaman ilərlədikcə texnologiya dahada inkişaf etməyə başlayır. NFC də son illərin kəşflərindən biridir. Son illər demək deyesən düz olmadı. Çünkü, NFC nin mobil telefonlarda istifadəsinə başlaması 10 ildən çoxdur. Sadəcə olaraq NFC ni tətbiq edən şirkətlər son zamanlarda artmağa başlayıb.

NFC Nədir?

NFC, Near Field Communication yəni “yaxin sahə rabitəsi” deməkdir. Telefonunuzda olan NFC xüsüsiyyəti ilə bu xidməti dəstəkləyən bir cihaza yaxınlaşdıraraq məlumat ötürməsi etmək mümkündür. Cihazları təxminən 3-4 sm yaxınlaşdırmaq lazımdır.

NFC necə istifadə olunur?

Cihazlar arasında ikitərəfli əlaqə yaradan NFC, hər iki qurğuya bir-birlərinə sadə əmr məlumatlarını göndərməyə və almağa imkan verir. Məsələn, bank kartınızda bu xidmeti aktivləşdirib post terminallarda kartsız ödenişlər edə bilərsiniz. Həmçinin mobil telefonlar arasındada. Buda bizi kartlarl yanımızda daşımaqdan qurtarır.

NFC işləmə mexanizmi necədir?

nfc mobil

Az əvvəldə qeyd etdiyim kimi NFC bu xidməti dəstəkləyən iki cihazı bir-birinə yaxınlaşdırmaqla işləyir. Yaxşı bəs bu nəyin hesabına baş verir? NFC bu əlaqəni yaratmaq üçün radio bağlantıları vasitəsindən istifadə edir, məlumatları bu şəkildə iki cihaz arasında ötürür və qəbul edir.

Bir çoxlarımız bunu Bluetooth əlaqəsi ilə oxşada bilərik. Amma NFC Bluetooth dan tamamilə fərqli bir sistemdir. NFC nin işləyə bilməsi üçün heç bir gün qaynağına ehtiyac duyulmur. Biz bunu adi istifadə etdiyimiz bank kartlarına oxşada bilərik. Belə deyək biz mobil telefonumuzu NFC xidmətini qəbul edən cihaza yaxınlaşdırıb ödəmə etdiyimiz kimi bank kartımızlada bu əməliyyatı yerinə yetirə bilərik. Yəni işləmə prinsipi əsas olaraq eynidir.

Oxşar məqalə : QR kod nədir?

Rəy bölümü

Anar Nabiyev

Reklam