Ana səhifə » Neqativ İnsanlar Həyatınıza Təhlükədir

Neqativ İnsanlar Həyatınıza Təhlükədir

Neqativ enerjili insanlar həyatınıza bir çox baxımdan mənfi təsir göstərir. Düzdür bəzən yaxınlarımızdan belə bu mənfi enerjini ala bilerik. Yəni həmin insanlardan uzaq durmağın mümkünsüz olduğu vəziyyətlərdə, zəhmət olmasa həkiminizlə məsləhətləşin 🙂 Sizlər üçün hazırladığım Neqativ insanlardan uzaq durmaq üçün 7 səbəb.

1. Düşüncələrinizi “çürütməyin”

Ətrafınızdakı mənfi düşüncə tərzinə sahib insanların sizin həyatınıza müdaxilə etməyinə icazə verməyin. Bunu etməsəniz, həmin insanların “məsləhətləri”,danışıqları, yersiz şərhləri sizə psixoloji olaraq təsir edəcək və sizində düşüncələrinizi mənfiyə doğru sürüklüyüb apara bilər.

2. Vampir kimi enerjinizi tükədəcəklər

Fikir vermisiniz yəgin,bəzi yerlərdə enerjinizi bol hiss edersiz. Bəzi yerlərdə isə əksinə tam 0 enerji ilə. Enerjimiz bol olduğu ortamlarda demək ki, pozitiv insanlar çoxluq təşkil edir. Amma o neqativ insanlar sanki bir vampir kimi bizim enerjimizi əmərlər.

3. Davranışlarınızı dəyişə bilərlər

Bəzən bir hədəfə doğru gedərkən o neqativ insanlar sizə mənfi təsir edərlər. Sizi bu işi bacarmayacağınıza, uğursuz olacağınıza inandırmağa çalışarlar. Bunu bacarmasalar özünüzə olan inamı qırmağada cəhd edərlər. Və sizin bu hedəfinizdə azda olsa tərəddütünüz varsa bu işdə uğursuzluqla qarşılaşa bilərsiz. Bir deyim yadıma düşdü. Yüksək bir hədəfə doğru yol almısınızsa,sizə mane olan insanları düşünmədən yolunuzdan atın. Atınki siz, siz olaraq qalın.

4. Dostum, yaşlanırıq

Həyat çox qısadır. Nəyə görə biz neqativ, boş düşüncəli, mənfi xasiyyətli, mənfi insanlar üçün vaxtımızı boşa israf etməliyik? Gəl sənə bir kiçik məsləhət verim. Deməli, o sadaladığım tip insanlardan uzaq durub sənin həyatına pozitiv enerji qatacaq insanlarla daha çox munasibət saxlamağı yoxla. Həyat qısadı pozitiv və xoşbəxt yaşayaq.

5. İrəli gedə bilməyəcəksən.

Bax o neqativ insanlar tənbəl ruhlu olurlar, hərəkətsizlik onların sevimli işidi. Onlar irəli getməyə qarşıdılar. Onlar nəsə oyrənmək üçün can atmazlar. Onlar saglam aktiv həyat deyildə passiv sağlam olmayan həyata üstünlük verərlər. Bax əgər səndə onlarla çox munasibətdə olarsansa ya onlar kimi olacaqsan yada ki, onlar sənə daima mane olacaq.

6. Ozunə inamsızlıq yaranıb?

Bəli, bunlar hamısı o neqativ insanların işidi. Çünki mənfi enerjili insanlarla bir mühitdə çox olsanız onların fikirləri sizin pisixologiyanızı alt üst edə bilər. Və ozünüzə inanmsızlıqla başlayan bir pisixoloji dəyişiklik vəziyyətinə düşə bilərsiz.

7. Fitt yoxsa Neqativ?

Mənim fikrimcə idmanla məşğul olan və sağlam qidalanan biri neqativ ola bilmez. Bu öz ətrafımdakı insanları analiz etdikdən sonra gədiyimiz nəticədir. Ətrafınızda canınızı qurta bilmədiyiniz bir neqativ insan varsa onu idmana və sağlam qidalanmağa devət edin. Nəticəni özünüz görəcksiz.

Rəy bölümü

Anar Nabiyev

Reklam