Ana səhifə » Kiçik Büdcəli 7 Biznes İdeyası

Kiçik Büdcəli 7 Biznes İdeyası

Bu yazımda sizlərlə kiçik büdcə ilə başlaya biləcəyiniz biznes fikirlərindən söz açacam. Və bu işlərin bir çoxuna başlamaq üçün kiçik araşdırma bəs edəcəkdir. Əlavə olaraq uyğun kurslara qatılaraq və yaxud mütəxəssislərdən dərs alaraq özünüzü birazda təkmilləşdirib biznesinizi dahada böyüdə bilərsiniz. Söhbəti çox uzatmadan sizə yararlı olacağını ümid etdiyim iş fikirlərini analiz etməyə keçək.

1. Doğuş və Uşaq Fotoqrafı

Doğuş və Uşaq Fotoqrafı

Sosyal medianında qatqısı ilə son zamanlarda doğuş və uşaq fotoqrafına müraciət edənlərin sayı artıb. Valideyinlər bu gözəl anları gözəl şəkildə ölümsüzləşdirərkən bu işlə məşğul olan fotoqraflarda gözəl pullar qazanır.

Etməniz lazım olan əsas iki şey var. Özünüzü ilkin səviyyədə tanıtmaq və valideynləri öz işinizdən məmnun etmək. Kiçik bir ofis və kiçik reklamlarla işinizdən yaxşı qazanc əldə edə bilərsiniz.

2. Göbələk yetişdirmək

Göbələk yetişdirmək

Asan yetişdirilmək və təlabatında yaxşı olduğu üçün xususi sahəhərdə göbələk yetişdirmək yaxşı qazanc növüdür. Və zamanla ölkəmizdə göbələk satışları artmağa doğru gedir.

Qida dəyərinə görə göbələklər ətdən, meyvə və tərəvəzlərdən geri qalmırlar.  Piylənmə, diabet, hipertoniya, və s. xəstəliklərinin profilaktikası üçün göbələklərdən istifadə edilməsi yaxşı effekt verir. Göbələyin tərkibində olan lesitin orqanizmdə xolesterinin yığılmasına mane olur. Göbələklərin rasiona daxil olması immunitetin yaxşılaşmasına, orqanizmin möhkəmləndirilməsinə kömək edir. Göbələyin qida dəyərləri ve xeyirləri haqqındada məlumat verərək nə qədər xeyirli olduğunu və bunun satışlarda özünü göstərdiyini demək istədim.

3. Təbii təmizlik xidməti

Təbii təmizlik xidməti

Təmizlik xidməti şirkətlərinin yaxşı qazanclar əldə etdiyin təxmin etmək çətin deyil. Biz isə təmizlik şirkətlərinə rəqib olmadan alt kateqoriya ilə işə başlayaq. Təbii təmizlik xidməti, ətrafa zərərli toksit maddə yaymayan, təbitətə zərər verməyən, geridə insan derisi üçün zərərli maddə buraxmayan təmzilik vasitələrindən istifadə edilməlidi.

Təbii təmizlik xidmətindən əsasən sağlam həyat terzini seven insanlar, öz sağlamlığını ön planda tutan insanların seçimidir. Buda bu xidməti yetərincə gəlirli etməyə bəs edir.

4. Balıq təsərrüfatı

Balıq təsərrüfatı

Kiçik büdcəli iş fikirləri sırasına balıq təsərrüfatınıda əlavə etmək istədim. Balıq təsərrüfatına bir çox iş kimi həm kiçik büdcə ilə başlaya bilərsiniz həmdə böyük büdcə ilə. Türklərin bir sözü vare, nə kadar köftə o kadar ekmek 🙂 Buda onun kimi.

Ustünlüklərin qeyd edim. Balığın bir çox heyvana görə əti daha dəyərlidir. Digər bir üstünlük olaraq onu qeyd edim ki, balıq digər təsərrüfat heyvanlarına görə daha az yem teleb edir. Buda daha surətli qazanc deməkdir.

5. Vegetarianlar üçün restoran

Vegetarianlar üçün restoran

Normal restoranlarda seçim etməkdə çətinlik çəkən vegetarian insanların köməyinə bu tip özəl restoranlar çatacaq. Və hal-hazırda vegeterian insanların sayı getdikcə artmaqdadır.

Məncə bu çox yaxşı fikirdir. Yəni, bir zaman bu yazımı oxuyub bu işə başlayan hər-hansısa birinizlə bu işdə rəqib ola bilərəm 🙂

6. Heyvan baxıcısı

heyvan baxicisi

Heç bir vaxt bu işə bu qədər ehtiyac görülməmişdir. Bu işi görən az sayda şirkətin yaxşı qazanclar əldə etdikləri bildirilir. Daimi müştərilərin tapılması qazancın artmasında vacib amildir. Heyvanlarını baxıcılara təhvil vermək istəyən insanları tapan bir agentliyə müraciət edə bilərsiniz və ya öz müştərilərinizi tapmaq üçün öz reklamınızı yarada bilərsiniz.

7. Hədiyyə səbəti hazırlamaq

hediyye sebeti

Çətinlik çəkilmədən baş vurula biləcək bir işdir məncə. Alt kateqoriyanın çox olmasıda bir üstünlükdür. Günümüzdə hər növ səbət çeşidinə rastlamaq olar. Sevgililər gününə özəl,uşaq səbəti,toy səbəti ve başqa onlarla hədiyyəlik səbət çeşidləri vardır. Sizdə bunlardan bir kateqoriya üzrə və yaxud bir neçə kateqoriya üzrə səbətlər hazırlayaraq öz biznesinizi qura bilərsiniz.

Rəy bölümü

2 şərhlər
Anar Nabiyev

Reklam