Ana səhifə » Hamının Sevəcəyi Əyləncəli Saytlar | İlk 10

Hamının Sevəcəyi Əyləncəli Saytlar | İlk 10

İnsan davamlı olaraq eyni məkanda qaldıqda sıxılmağa başlayır.Davamlı olaraq eyni şeylər etməkdə həyatı monotonlaşdırır. Məkan dəyişdirmək, fərqli nəsə etmək bizə hər zaman yaxşı gələr. Bu məsələ internet üçündə keçərlidir. Nə qədər instagram, youtube , twitter olar? Halbuki çoxlarımızın istifadə etmədiyi yüzlərlə faydalı və əyləncəli veb saytlar var. İndi isə hamının sevəcəyi əyləncəli saytlar sizlər üçün təqdim edirik.

1. Pointerpointer.com

Vaxt keçirtmək və əylənmək üçün yaxşı bir seçimdir. Deməli, sayta girdiyiniz zaman ekrandakı ox işarəsini hara aparsanız həmin oxu barmağı ilə göstərən təxmini çəkilmiş şəkillər göstərilir. Hər dəfəsində fərqli şəkillərin olması sıxılmanıza imkan vermiyəcək.

2. Radio.garden

Radio dinləməyi sevirsiniz? Eledisə o zaman bu sayt tam sizə görədir. Dünyanın istənilən nöqtəsini seçərək orada seslənən radionu dinləməyə nə deyirsiz? Fərqli yerlərin mədəniyyətini öyrənməyin bir yoluda həmin yeri dinləməkdir. Buda nəzərinizdə olsun.

3. Gutenberg.org

Kitab oxumağı sevirsiz? Tamda bilməniz lazım olan bir sayt.Bu sayt bizə 60 min pulsuz elektron kitab teqdim edir. Bunların pulsuz olması “keyfiyyətsizdir” mənasına qətiyyən gələ bilməz.Saytda yerləşən ən çox oxunan 100 kitab siyahısında dünyanın ən məşhur bir çox klassik əsərlərini oxuya bilərsiz. Və əlavə olaraq e-kitab oxuyucunuz varsa kitabı istədiyiniz formatda yükləyib rahatlıqla oxuya bilərsiz.

4. Freerice.com

Həm öyrənmək eyni zamandada ehtiyacı olanlara yardım etmək ? Bu veb sayt ilə siz həm ingilis dilinizi təkmilləşdirə eyni zamandada dünya üzərində ehtiyacı olanlara yardım etmiş olursuz. Deməli, sayta daxil olduğunuzda qarşınıza ingiliscə suallar çıxır. Kəlimə bazanızı artırmağa kömək edəcək suallar. Doğru tapdığınız hər suala görə sizin qabınıza 10 düyü elavə olunacaq. Və bu düyülər ehtiyacı olanlara paylanılır. Bu sayt heç bir xeyir güdmədən 80 ölkədə fəaliyyət göstərən bir təşkillatdır.

5. Neave.tv

Bu sayta daxil olaraq dünaynın hər yerindən bir birindən gülməli və əyləncəli videolar izləyə bilərsiz. Əyləncəli saytlar siyahısına daxil olmağı artıqlaması ilə bacaran bir sayt.

6. Futureme.org

Gələcəkdəki sənə mesaj yazmağa nə deyirsən? Bu veb saytı vasitəsi ilə gələcəkdəki özünüzə mail göndərə bilərsiz. Məsələn, sayta daxil olursuz email adresinizi yazırsız, mesajınızı yazırsız, istediyiniz ili seçirsiz və göndərirsiz. Mesaj həmin ildə sizə gələcək.

7. Typedrummer.com

Yazdığınız hərifləri musiqiyə çevirən bir veb sayt. Bununla istediyiniz ada mahnı yaza bilər , istədiyiniz hərifləri bir musiqi notu kimi səsləndirə bilərsiz.

8. Zoomquilt.org

İç-içə yerləşdirilmiş şəkillərdən ibarət bir bir veb sayt. Sayta daxil olduğunuz vaxtdan çıxana kimi şəkillər içərisindən şəkillərə keçəcəksiz. Sizi uzaqlara aparan sehrli bir sayt olacağınıda düşünə bilərsiz.

9. Playtictactoe.org

Eh, yegin hamımız bilirik bu oyunu. X-0 . Əgər sıxılırsınızsa bu retro versiyasında vaxt keçirə bilərsiniz.

10. Mynoise.net

Ses efekti mikseri. Bu veb sayta daxil olaraq istədiyiniz mühiti seçib gözlərinizi bağlasanız, özünüzü ordaymış kimi hiss edəcəksiniz.

Rəy bölümü

1 şərh
Anar Nabiyev

Reklam