elun musk
Ana səhifə » Elun Musk, insan beynini komputerə bağlamaq üçün Neuralink cihazını təqdim etdi

Elun Musk, insan beynini komputerə bağlamaq üçün Neuralink cihazını təqdim etdi

Adını ən çox SpaceX Tesla şirkətləri ilə eşitdiyimiz Elun Musk Neuralink cihazı ilə yeni bir ilkə imza atdı. Musk və onun komandası heç bir şişirtmə olmadan “yeni bir çağın başlanğıc addımını atdı” deyə bilərik.

Uzun illərdir insan beynini komputerlərə bağlamaq üzərində tədqiqatlar getsədə Neuralink, bu günə kimi olan ən real və kommersiya forma gətirən ilk şirkət oldu. Daha asan dildə desek, Neuralink texnologiyası beyin interfeysi, eyni smartfon telefonlar kimi çox yayılmış texnoloji cihazlar arasına girə biləcək. Eşitmə üçün olan cihazlarla oxşar görünüşdə olan Neuralink, bu kimi gələcək cihazlara istiqamət verəbiləcək.

Neuralink’in əsas bilinən özəllikləri:

  • Çox kiçik olan ölçülərə , 23 mm diametrə və 8 mm qalınlığa sahib olması
  • 1 gün bəs edəcək enerji
  • Hər bir cihazda 1024 elektrot olacağı
  • Elektrotları beyni çatdıran kabellər saç tellerindəndən incə
  • Bluetooth ilə işləməsi
  • İstilik, təzyiq kimi məlumatları əldə etmək
  • Cihazı taxarken hər hansı bir anestezi tətbiqinə ehtiyac olmur
  • İnfeksiya təhlükəsi yoxdur
  • Lazernen olunan göz əməliyyatı qədər asan və sürətli
  • Cihazda heç bir kobud düymə və yaxud sensor yoxdur
  • Cihaz, internete bağlanması mümkün ola bilən cihazların beyin ilə idarəsini mümkün edə bilmək funksiyasına sahib olacaq

Cihaz canlı yayında donuz üzərində sınaqdan keçirildi

Canlı yayındakı donuzun adı Gertrude`dir. 1 il əvvəl siçanlar üzərində aparılan testlərdən sonra, cihazın son final versiyası donuz üzərində aparıldı. Canlı yayında donuzun üzərində aparılan test zamanı donuzun beyin siqnalları ekranda nümayiş olundu və analizlər aparıldı. Sınaq zamanı cihaz çıxarıldıqdan sonra donuzda heç bir davranış dəyişikliyi qeydə alınmamışdı.

Proyektin ilk hədəfi əlil insanların həyatını asanlaşdırmaq olacaqdır

Neuralink cihazları, hər hansı bir əlillik dərəcəsinə sahib olan insanlar üçün istehsal olunacaqdır. Bunun vasitəsi ilə cihazı istifadə edən şəxs internetə bağlana bilən hər hansısa bir cihazı və smart protezi düşüncələri ilə idarə edə biləcəklər. Buda əlil insanların həyatını xeyli asanlaşdıracaqdır.

Neuralink’in narahatçılığa səbəb ola biləcək tərəfləridə var..

Beynin komputerə bağlanması düşüncələrin oxunulmasına gətirib çıxara bilir. Bir digər təhlükə isə bu beyin və komputer arasındakı əlaqənin tərsinədə işləyə biləcəyinin mümkün ola bilməsidir. Yəni ki, komputerdəki siqnalların beyin siqnallarına çevrilə bilməsi və süni intellektin hərəkətə keçməsidir. Bu fikirin düşüncə olaraqda başa çatmadığını fikirləşərək bunun hələki gələcəyə açılan bir qapı olduğunu söyləyə bilərik.

Rəy bölümü

1 şərh
Anar Nabiyev

Reklam