Ana səhifə » ƏDV-nin bir hissəsini necə geri ala bilərik?

ƏDV-nin bir hissəsini necə geri ala bilərik?

Pərakəndə ticarət və ya iaşə obyektlərindən ƏDV-nin bir hissəsini necə geri ala bilərik?

ƏDV-nin bir hissəsini geri ala bilmək üçün 3 məqəma diqqət yetirilməlidir:

  • İstehlakçı fiziki şəxs olmalıdır.
  • Satıcı ƏDV ödəyicisi olmalıdır
  • Satıcı yeni nəsil kassa aparatlarından istıfadə etməlidir.

ƏDV-nin bir hissəsini geri ala bilmək üçün alıcı nə etməlidir?

Bunun üçün edvgerial.az saytına daxil olmaq lazımdır. Daha sonra qeydiyyat bölməsinə daxil oluruq. Bunun üçün qeydiyyatdan keçən şəxsin şəxsiyyət vəsiqəsinin FİN kodu,mobil nomrə və doğum tarixi istəniləcəkdir. Qeydiyyat tamamlandıqdan sonra elektron kabinet yaradılır.

Marketlərdən və digər pərakəndə ticarət obyektlərindən, restoranlar və kafelərdən alınmış mallar, göstərilmiş xidmətlərin dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Məbləği ödədiyimiz zaman ödənişin çeki bizə təqdim edilməlidir. Yanacaq doldurma məntəqələrində

Çeki aldığımızn tarixdən ən gec 90 gün ərzində edvgerial.az saytında çekin 12 simvollu Fiskal ID simvolunu daxil edirik. Və bu zaman ƏDV-i balansımıza köcəcəkdir. Balansımızda olan məbləğ ilə komunal, mobil, internet, tv, cərimə və sığorta ödənişləri həmçinin ölkə daxili bank kartlarına köçürmələr edə bilərik.

Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə 10 faizi elektron kabinetimizdəki elektron pul qabımıza köçəcəkdir.

Elektron kabinetimizdə çeki daxil etdikdən sonra 3 status göstərilir.

  • Qaytarılan – çek yaranan tarixdən 30 gün keçibsə ƏDV sizin balansınıza köçür.
  • Gözləyən status – Çekin yaranma tarixi 30 gün olmayıbsa, vaxt tamam olana kimi sorğu, gözləyən status ilə tarixçə bölməsində saxlanılır.
  • Ləğv olunan status Çekin yaranma tarixi 30 gün tamam olduqda sistem tərəfindən təkrar yoxlanılır. Təkrar yoxlanılma nəticəsində çekin ləğv olunması müəyyən olunarsa çek ləğv olunan status almış olur.

BirBank tətbiqi ilə ƏDV-nin geri qaytarılması

BirBank tətbiqi istifadəçiləri edvgerial.az saytından qeydiyyatdan keçməli və daha sonra tətbiqin QR Pay bölməsinə daxil olub çekdəki QR kodu oxutmaları kifayət edəcəkdir. Bu zaman ƏDV-ni bir hissəsini rahatlıqla almış olacaqsız. Geri qaytarılmış ƏDV elektron kabinetinizdə ovtomatik çap olunacaq.

DİQQƏT! QR kodla ƏDV-nin geri qaytarılması üçün edvgerial.az saytında elektron kabinet yaradan zaman daxil etdiyiniz nömrənin BirBank tətbiqində qeyd olunan nömrə ile eyni olmalıdır.

DİQQƏT! Yanacaq doldurma məntəqələrində neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır.

Rəy bölümü

Anar Nabiyev

Reklam