Ana səhifə » İnternetdə dünyanı avtomobil ilə gəzmək mümkündür?

İnternetdə dünyanı avtomobil ilə gəzmək mümkündür?

Evdə çox sıxıldığımız zamanlarda bir çoxumuz internetdə vaxtımızı keçirməyə üstünlük veririk. İnternətdə əyləncəli saytların çox olması bizim üçün seçim imkanın çox olmasına gətirib çıxarır. Sizlər üçün paylaşdığım əyləncəli saytlar başlıqlı yazımdada vebdə əyləncəli vaxt keçirə bilərsiniz.

 Drive & Listen

Bu defə sizlərlə bölüşmək istədiyim platforma Drive & Listen veb saytıdır. Deməli, bir çoxumuz dünyanı kəşf etmək üçün Google Earth ilə dünyanın istənilən nöqtəsinə baş çəkə bilirik. Afrika, Misir primadaları ordanda Miami`de bir bir tur atmaq əlimizin altındadı. Nəhayətində internetin bu qədər inkişaf etdiyi dövrdə istədiyimiz bir çöx şeyi yerinə yetirmək bir neçə klikə bağlıdır.

Dünyanı bu tərzdə kəşf etmək istəyənlər üçün Drive & Listen saytı ilə daha əyləncəli hal alacaqdır. Deməli, bu veb sayt sizə evdən çıxmadan dünyanın bir çox bölgəsində avtomobil ilə gəzməyi mümkün hala gətir.Avropa, Asiya , Avistralya və Amerikada bir çox şəhərin yer aldığı bu tətbiqdə etməniz lazım olan rahat bir divanda yaslanıb, yanınıza isti bir kofe almaq və sayta daxil olmaq. Geri qalanın sürücülər həll edəcək.

Drive & Listen nədir? Necə istifadə olunur?

Sayta daxil olduqda siz dərhal gəzintiyə başlayacaqsınız. Hal- hazırda Antalya, İstanbul, İzmir, Barcelona, London, Miami, New York kimi 40 dan çox şəhəri bu tətbiqə daxil olaraq gəzə bilərsiniz. Tətbiqə daxil olduqda özünüzü avtomobilin ön oturacağında şəhəri seyr edirmiş kimi hiss edəcəksiniz. Saytın sağ tərəfində idarə paneli yerləşir. Bu panelden asanlıqla istədiyiniz şəhəri seçə bilərsiniz. Əlavə olaraq ozunuzu tam olaraq avtomobildə hiss etməyiniz üçün radio dinləmək, kənar səsləri, küçədən gələn səslərə qulaq asmaq mümkündür. Bu sayt ilə şəhərin ən dar küçələrindən tutmuş, mərkəzi küçələrinə kimi gəzməyiniz mümküdur. Tətbiqə daxil olmaq üçün driveandlisten.herokuapp.com

Hələki ölkəmizin şəhərləri bu tətbiqdə yer almır. Amma tətbiq hər keçən gün yeniləndiyi üçün yaxın zamanlarda ölkəmizin şəhərləridə bu tətbiqdə yer ala bilər. Hamınıza əyləncəli gəzintilər arzu edirem 🙂

Rəy bölümü

Anar Nabiyev

Reklam