Ana səhifə » Dropshipping nədir?

Dropshipping nədir?

Bu gün Dropshipping nədir? başlıqlı yazım ilə internetden pul qazanmaq kateqoriyamiza yeni yazı əlavə etmiş oluram. Bildiyimiz kimi dövrümüzdə internetin çox yüksək səviyyədə inkişaf etməsi,ən əsası internet istifadəcilərin sayının çox olmağı və hər kecən gün bu rəqəmlərin artması onlayn ticarəti dahada genişləndirir. Hər kəs özü özünün müdürü olmağını,asan,evdə,istirahətdə, istədiyi vaxt istədiyi yerdə işləməyi istəyər düzdürmü? Bu yazımda bu işdən biri olan dropshippingdən danışacayıq.

İnanin ki,Dropshipping ilə internetdən pul qazanmaq heçdə göründüyü qədər cətin deyil.Yəni belə deyək,istəyən bacarar.Mənim kimi bu işlə hobbi olaraq da məşğul ola bilərsiz.Gəlirli hobbini kim istəməzki? 🙂 Keçək mövzuya.

Dropshipping nədir? sualına “onlayn ticarətin ən risksiz,minumum büdcə və sıfır stok ilə satış edə biləcəyiniz bir növüdür” cavabını verməklə başlayacam.İndi deyə bilərsizki necə,sıfır stok ilə satış?? Bəli “sıfır stok”.

İndi bunu bir misal çəkərək izah edəcəm. Dropshipping’in onlarla növü vardır.Bu gun aliexpress‘dən aldığımız məhsulu shopify mağazamızda dropshipping yolu ilə satmaqdan danışacayıq.Aliexpress’i yəgin ki bilməyən yoxdur. Ona görə Aliexpress haqqında çox yazmaq istəmirəm.Gələk Shopify’a.

Shopify isə sizə aylıq müəyyən miqdar qarşılığında istədiyiniz alış veriş saytınızı hec bir kodlama olmadan,bir necə dəqiqə ərzində asanlıqla yarada biləcəyiniz bir portaldır. Deməli bizim etməli olacağımız şey məsələn,aliexpress’dəki 5$ olan məhsulu öz saytımıza əlavə etmək və Amerikadakı alıcıya öz saytımız ilə 10$’a satmaq olacaqdir. Qrafiki qısa olaraq izah edim.İngilis bizim saytımızdakı məhsulu görüb (necə görecəyin izah edəcəm cox asanlıqla) sifariş edəcək. Biz isə həmin məhsulu,aliexpress’dəki satıcısına sifariş edəcək və çatdırılma ünvanına ingilis alıcının ünvanını qeyd edəcəyik. Məhsul birbaşa ingilisin ünvanına gedəcək.İngilis məhsulu alanda bunu bizim göndərdiyimizi biləcək. Əməliyyat başa catdı və 5 dollar qazancımız var. Mövzüya biraz daha ətraflı yanaşsaq suallar yaranacaq.

  1. İngilis niyə bizdən alsın? O Aliexpressi bilmir? Əlavə olaraq Amerikanın yüzlərlə böyük olayn aliş-veriş saytları var.Elə ən əsası Amazon var. İndi isə cavab verim. Amerika hökümətin rəsmi açıqlanmasına görə illik 120 min dollar qazanan 4 neferlik bir ailə “alt gəlir qrupuna”daxil edilir. Siz dövlətin “üst gəlir qrupuna” daxil olanların coxluğuda nəzərinizdə olsun.Yəni onu demək istəyirəmki insanların pulu var onlar üçün ordan aldım burdan aldım o qədərdə maraqli deyil. Məsələn facebook’da gəzən bir ingilis sizin saytınızın reklamın gördü. Balıq ovu üçün qarmaq reklamınızı. Bu ona maraqlıdısa və bəyəndisə onu böyük ehtimalnan fikirləşmədən alacaq. Və siz saytınızda sadəcə bir kateqoriya üzrə məhsullar satırsınızsa bü sizin üçün çox yaxşıdır. Məsələn həmin müştəri sizin bir reklamınızı görüb saytınızdan toplu alış veriş etməyi mümkündür.
  2. Amerika vətəndaşı mənim saytımı necə görəcək? Axtarış sistemlərində axtarış zamanı tapa bilər,əsasda sosial şəbəkə reklamlarımız ilə və s.
  3. Ödəniş necə olacaq? Bəli bu bizə biraz problem yaradacaq.Çünki Amerikada vətəndaşlar demək olar bütün odənişləri “paypall” ilə edir.Marketden çorək almaqdan tutmuş onlayn alış verişlərinə kimi. Bizim problemimiz isə Azerbaycanda “paypall” işləməməsidi. Əslində bir neçə qanuni olmayan asan yolu vardır amma bunları məsləhət görmürem. Çünki “paypall” sizin hesabı blok edə və sizin məlumatları bir dəfəlik qara siyahıya ata bilər.Hətta təsəvvür edin hesabınızda yüksək məbləğ olan vaxt bu baş verir. Amerika yollarında qalmaq istəməzsiniz yegin 🙂 Bunun bir necə qanunu olan yolları vardır. Mən gələcək yazılarımda Dropshipping‘də və ümümiyyətlə Amerikada satışlarımızda istifaedə edəcəyimiz “paypall” haqqında etraflı məlumat verəcəm.
  4. Bəs Amerikalı məhsulu əldə edəndə bizim adımızdan yox Çinlidən gəldiyini biləcək axı.Aha,deməli biz nə edəciyik.Mehsulu Çinlidən alan zaman məsələn ona ingiliscə belə bir soz yazacayıq. “Dostum,mən dropshipping edirəm,məhsulun üzərinə öz brendinizi deyil mənim brendimi yazmağınızı xahiş edirəm”bu qədər. Çinli üçün əsas olan məhsulunu satmaqdır. Və hətda toplu alışlarınızda sizə özəl endirimlərdə edə bilərlər.

Dropshipping ilə hər kəs onlayn ticarətlə məşğul ola bilər. Əsas olan,yaxşı ideyaların olması,məhsulun düzgün seçimi,reklamın düzgün təşkili,analizləri düzgün etmək və başqa bir neçə işləri düzgün yerinə yetirsək qısa vaxtda böyük məbləğlər qazanmaq mümkündür.

Bu yazımda yəni,dropshipping nədir? Dropshipping ilə internetdən pul qazanmaq haqqında bildiklərimdən sizlərlə bölüşdüm.Dediyim kimi internetdən pul qazanmağın yüzlərlə yolu var.Və Dropshipping onların ilk sıralarındadır. Gələcək yazılarımda droppshipping’in digər yolları haqqındada məlumat verəcəm. Öz suallarınızı şərh bölməsinə yaza bilərsiz.

Rəy bölümü

Anar Nabiyev

Reklam