Ana səhifə » Deep web nədir? Deep web’ə necə girə bilərik?

Deep web nədir? Deep web’ə necə girə bilərik?

Deep web nədir?

Deep web tərcumədə “dərin internet, dərin veb” mənalarını verir. Digər bir adla isə Dark Web. Yəni internetin görünməyən ən dərin üzü kimi fikirləşmək olar. Bir digər izah ilə Deep web nədir sualına cavab desek, axtarış sistemləri tərəfindən indeksləşdirilə bilməyən saytların fəaliyyət göstərdiyi internetin gizli tərəfi kimidə deyə bilərik. Deep web bizim fikirləşdiyimizdən böyük bir hissəni əhatə edir. Nə qədər böyük? Belə deyim deep web’ə daxil olan saytlar bütün mövcud olan saytların 90%-ini təşkil edir. Geriye qalan 10% lik hissə isə axtarış sistemləri tərəfindən tapılan və hamımızın istifadə etdiyi xəbər saytları, facebook, youtube kimi bildiyimiz saytlardır.

Deep web’in əsas istifadəçiləri kimlərdir?

Deep web’in əsas istifadəçiləri xakkerlər, terroristlər, silah, narkotik və insan alveri ilə məşğul olanlar, federal polislər, pullu qatillər, hannibalizim xəstələri (insan əti yeyənlər), təhlükəli təcrübələr aparan alimlər, narkomanlar,pedofillər və s. kimi normal olmayan insanların , nomal olmayan işlərin baş verdiyi internetin görünməyən tərəfidir. Girməyiniz məsləhət deyil. Düzdü normal qaydada heç bir işlərə qoşulmasanız bir problem olmaz. Məsələn, özünüz səhvən etdiyiniz bir toxunuşla hər hansısa terror qruplaşması ilə təmas bağlanıla bilər.

Deep web’ə necə girə bilərik?

Deep web’ə necə girə bilərik?

Deep web’ə girişin ilk merhelesi “Tor Browser” adlı aplikasiya ilə başlayır. Burdakı saytların adlarının sonu bildiyimiz “com, net, org” kimi sonluqlarla bitməz. Linklər isə sabit deyil daima dəyişir. Buna görədə buradakı saytları izləmək mümkün olmur. Ən çox rast gələcəyiniz sonluq onion sonluğu olacaqdır.

Deep web’in səviyyələri

  •  Deep Web-in ilk mərhələsi – Deep Web-ə keçiş yolu. Əsasən, sui-qəsd videoları, viruslar, kiçik xakker qruplaşmalar, kompüter təhlükəsizliyindəki problemlərlə bağlı yazılar, qanunsuz pornoqrafik videolar, məşhur insanların şəxsi, çox zamanda +18 olan görüntüləri və s. 
  • Tor aplikasiyası ilə daxil oluna bilən səviyyə Burada qanunsuz sənədlər, nəticəsi əvvəlcədən məlum olan mərclər, şirkətlərin gizli məlumatları, gizli səsyazmalar, silah ticarəti; bomba, tank, təhlükəli döyüş silahları, müdafiə texnologiyaları və s., musiqilər, kitablar, izlənməsi qadağan olunmuş filimlər, uşaq pornoqrafiyası, narkotik alış verişi, insan ticarəti və s.
  • Tor aplikasiyası ilə belə daxil oluna bilinməyən səviyyə Heç bir şəkildə idarə olunmayan səviyyə, indiyə qədər axtarışla məşğul olan insanların çatdığı ən təhlükəli səviyyə. Bura daxil olmaq üçün Tor aplikasiyası belə yetərsizdir. Yalnız “Closed Shell System” adı verilən yolla bura çatmaq olar. Burda olanlara misal olaraq: gizli texnologiyalar, GGGEQP sistemləri, robotlar, gizli HAARP layihələri, havanı dəyişdirəbilən silahlar, Atlantisin yeri və onun haqqındaki araşdırmalar, xüsusi istehsal mühərriklər, qlobal terror, qlobal narkotik və insan ticarəti, super-kompüterlər, masonlar, illüminatlar, Allaha inanmayanlar və bunun sübutları və s. Burda, əgər istehsal olunarsa dünyanı dəyişdirə biləcək texnologiyalar var. Bu səviyyədə olan insanların çoxu elm adamları və alimlərdir. Bu səviyyəyə daxil olmaq üçün normal kompüterlər və hətda normal internet əlaqəsi yetərsizdir. Bura qədər dediklərimiz DeepWeb-in 80%-idir. 
  • 4 cü səviyyə – Marianas Veb. Mariana çuxuru. Dünyanın ən dərin çuxuru. 4 cü səviyyədə adını burdan alır. Bura haqqında o qədər də çox məlumat yoxdur. Bura haqqında “Əgər hər kəs ora girə bilsə internetdəki müharibə sona yetər” kimi sözlərdə deyilir. Burda bütün dünyanı idarə edəbiləcək texnologiyaların olduğu və burdakı xakkerlərin dövlətlərlə birgə işlədiyi bildirilir.
  • Sonuncu səviyyə – Bu səviyyə haqqında heç bir məlumat yoxdur. Amma bir yerde deyilənə görə ora “Tanırının öldüyü yer” yada qısaca olaraq Cəhənnəm deyilir.

Deep web’in səviyyələri haqqında məlumatı aldığım mənbə : wikipedia

Sizə tövsiyyəm..

Mən sizə Deep web’ə daxil olarkən ehtiyatlı olmağı tövsiyyə edirəm. Məlumatlarınız oğurlana bilər, daxil olduğunuz İP adresi başqaları tərəfindən istifadə oluna bilər. Bank kart məlumatlarınız oğurlana bilər. Qatil axtardığınız yerdə polislə qarşılaşa bilər yaxud yalnışlıqla açdığınız bir videoda gecələr kabusunuza çevriləcək şeylər görə bilərsiniz. Deep web haqqında məlumatınızın olması, amma, girməniz gərəkməyən yerdir. Əgər yox mən girəcəm deyirsinizsə girdiyiniz zaman İP adresinizi gizlətməyi və yaxud dəyişməyi məsləhət görürəm. Bunun üçün bir çox sadə applikasiya və sistemlər mövcuddur. Bir daha qeyd etmək istəyirəm, deep web haqqında məlumatınızın olması yaxşıdır amma girməniz yaxşı deyil.

Bu gün sizlərlə Deep web nədir? Deep web’ə necə girə bilərik? haqqında bildiklərimi bölüşdüm. Məni izləməkdə qalın. Hələ sizlərlə bölüşməyi planladığım çoox mövzü var :’)

Rəy bölümü

Anar Nabiyev

Reklam