Ana səhifə » Buyur,bu qələmi mənə sat!

Buyur,bu qələmi mənə sat!

Başlıq hardansa tanış gələ bilər. Buyur,bu qələmi mənə sat. Əsasəndə iş görüşmələrində tez-tez rastlaşa biləcəyimiz bir sual, bu qələmi mənə sat. Bəli, Leonardo Dicaprio. Çox məşhur bir səhnədir. The Wolf of Wall Street filmində Jordan Belfort’u oynayan Leonardo Dicaprio, cibindən bir qələm çıxardır və işlərində uğurlu satış rəsmilərindən ona bu qələmi satmalarını istəyir. Əslində bu çətin bir sual deyil. Sadəcə bu suala anında cavab tapa bilmirsinizsə demək ki, satışın əsas prinsiplərini bilmirsiniz.

Bu suala cavab vemək üçün əsas maddələr..

  • İlk olaraq alıcıyla dialoq qurmalı və alıcının nə üçün bu qələmi almaq istədiyini öyrənməliyik. Yəni alıcıya bu qələmi nə üçün almaq istədiyini soruşmalıyıq. Hər bir alıcının mütləq bir səbəbi olacaqdır.
  • Alıcının aldığı məhsulun onun hansı problemini həll edəcəyini öyrənməli və həmin hədəf üzrə lazımı danışmalar etməliyik. Çünki, insanlar nəsə yaxşı olduğu üçün deyil, nəsə yaxşı getmədiyi üçün alırlar. Yəni, alacağı bu məhsul onun hansısa problemini həll edəcəkdir.
  • Digər əsas maddə Hekayə. Hər bir məhsulun mütləq bir rəqibi vardır. Bizim rəqibdən üstün görünməyimiz üçün duyğusal bir taktikaya hekayəyə ehtiyacımız var. Məsələn, satacağımız qələmi misal çəkib hansısa bir məhşur simanın hər hansısa vacib bir imzanı atarkən bu qələmdən istifadə etdiyini alıcıya çatdırmağımız onun beynində bu qələmin bir hekayəsini yaradacaq. Və hekayəsi olan bir məhsul digər rəqiblərindən önə keçəcək.

“Bu qələmi mənə sat” sualına Leonardo Dicaprio’nun aldığı cavab

Deməli, filmdə Leonardo Dicaprio dostuna qələmi verir və buyur,bu qələmi mənə sat deyir. Qələmi alan dostu ” mənə bir yaxşılıq et qarşındakı kağıza adını yaz” deyərək Leonardo Dicaprio’nun qələm olmama problemini ortaya cıxarır. Və Leonardo Dicaprio’nun qələmim yoxdur cavabını verdikdə artıq qələmi ona satmağı an məsələsi olur.

Beləliklə, bir iş görüşməsində etməniz lazım olan bir fikir eldə etmiş oldunuz. Sizə satmağınız üçün təqdim edilən əşyanın nə iş üçün istəfadə edildiyini təyin edərək, qarşınızdakının ona ehtiyacı olduğu zamanda onu eldə etməyin onun üçün nə qədər kömək olduğunu vurğulayın.

Bir digər məsələ isə sizə təqdim edilən məhsulu siz tanımırsız. Məhsul haqqında bir məlumata sahib deyilsəniz onun haqqında oz fikirlərinizi irəli surun. Özəlliklərini, hansı keyfiyyətə sahib olduğunu hətta qiymətini belə ozunuz təyin edib öz satış texnikanızı irəli surun.

Məhsulu satərkən alıcının duyğularına toxunmağı bacarmaq lazımdır. Məhsululun ona nə yararı olacağını, məhsulun ona nə qədər uyğun olduğunu, işlərini asanlaşdıracağı kimi faktorlara toxunmağı bacarsanız və əlavə olaraq məhsula bir hekayə əlavə etməyidə bacarsanız artıq müştərini kassaya yönləndirməniz an məsələsidir.

Rəy bölümü

2 şərhlər
Anar Nabiyev

Reklam