Ana səhifə » Bitcoin nədir? Necə almaq olar?

Bitcoin nədir? Necə almaq olar?

Bu yazımı oxuduqdan sonra Bitcoin nədir ? Necə almaq olar? Bitcoin mədəni nədir? Bitcoin almağa dəyərmi? sullarına cavab tapmış olacaqsız. Başlayaq.

Bitcoin nədir?

Bitcoin elektron pul olub bir, kripto valyuta növüdür. Yəni kriptoşifrələnmiş elektron puldur. Bitcoin-nin simvolu ฿, qısaltması isə BTC-dir. Hamı üçün maraqlı olan bir məqam isə, Bitcoin‘nin rəsmi bir mərkəzi olmamasıdır. Bitcoin 2008-ci ildə 9 səhifəlik bir PDF faylı ilə fəaliyyətinə başlamışdır. Qurucusu, Satoshi Nakamoto‘dur. Yada ki, bu addan istifadə edən bir nəfər və yaxud bir qrupdur. Kimlik’ləri hələdə məlum deyil. Aha. Bəs bu necə olur? Biz Bitcoin’ə necə inanaq? Tələsməyin hamısına cavab verəcəm.

Zaman, 21 aprel 2020 1 Bitcoin-11.733 manat. Gözəl. Bəlkə, ilk gündən bu günə kimi qısa bir baxış edək? Başlayaq.

Zaman, 31 oktyabr 2008, Satoshi Nakamoto
Bitcoin'nin fealiyyetine start verdi.

Zaman, Aprel 2009 ve 1 $ = 1.309,03 BTC

Zaman, Avqust 2010 ve  1 $ = 0,50 BTC

Zaman, Aprel 2013 ve 1 Bitcoin 100 Dolları keçib

Zaman, 17 dekabr 2017 ve Bitcoin dolları ele bir
üsteleyibki..  1 BTC = 20.089 $ 

Ve hal hazırda 21 aprel 2020  1 BTC = 6.907 $

Təsəvvür edin ki, 2009 da bir neçə dollara bitcoin almısınız. 2017 ci ildəki balansınızı özünüz hesablayın. Çox gözəl rəqəmlərdir 🙂 Bitcoin valyutası durmadan dəyişir. Bu dəyişimin əsas səbəbi Bitcoin’ə olan təlabatın artıb azalması ilə əlaqədərdir.

Bitcoin-nin mərkəzi sistemi nə ilə əvəz olunur? Mərkəzsiz bir valyutaya necə güvənə bilərik? Aha. Çox gözəl. Bitcoin, açıq sistemli kodlaşdırılmadan ibarət olan BLOCK CHAIN adlı tamamı bütün internet şəbəkəsində olan zəncirvari sistemdən ibarətdir. Block Chaın dediyim kimi açıq zəncirvari kodlaşdırılmış sistemdir. Taa ki , bitcoin ilə edilən ilk transferdən tutmuş sonuncu transferə kimi bütün məlumatlar zəncirvari olaraq bu kodlaşdırmada öz yerini tapır. Məsələn, mən Turalın motosikletin almaq istəyirəm. Və buna görə Turala 1 Bitcoin göndərirəm. Çünki, 1 Bitcoin 11.713 manat edirki bunada bir çox motoskleti ala bilərəm. Və bu əməliyyat yerinə yetirildiyində rəqamsal bir dəftərə ” Anar Turala 1 Bitcoin göndərdi ” deyə yazılır.

Və bütün transferlər bir-biri ilə zəncivarı olmaqla birləşir və BLOCK CHAIN sistemində toplanır. Və ilk Bitcoin transferindən bu günə kimi olan sonuncu tranferdə daxil olmaqla hamı bunu öz komputerinə yükləyə bilər. Texminlərimə görə 300 GB falan edən bir fayldı. Bəs bunu hər kəs asanlıqla yükləyə bilirsə biz buna necə etibar edək? Etibar edə bilərsiz çünki, bu məlumatlar bir nəfər tərəfindən deyil hərkəs tərəfindən toplanır. İstəyən hərkəs bu məlumatların qeydiyatın apara bilər. Və davamlı olaraq bu məlumatlar yenilənir. Anar Turala 1 Bitcoin göndərdiyində bu 3 məlumat yəni, göndərənin hesab nömrəsi, göndərilən məbləğ və alıcının hesab nömrəsi dünyadaki bütün o dediyimiz rəqamsal dəftərlərə yazılır.

Necə almaq olar?

Deməli, Bitcoin nədir? sualından sonra Necə almaq olar? sualına cavab verəcəm. Bitcoin almaq üçün bunu təklif edən yüzlərlə sayt var. Ki, həmin sayta daxil olduqdan və bir hesab yaratdıqdan sonra oz bank kartınız ilə hesabınıza pul transferi edirsiz və həmin məbləği asanlıqla Bitcoin’ə çevirə bilərsiz. Bunun etməmişdən əvvəl yaxşı-yaxşı düşünüb, analiz edib sonra edin. Çünki Bitcoin sürətlə dəyər qazandığı kimi sürətlədə dəyərdən düşə bilir. Bununlada Bitcoin almağa dəyərmi? sualınada qısa cavab vermiş oldum.

Bitcoin mədəni və ya Bitcoin Mining nədir?

Bitcoin durmadan çalışan bir şəbəkədir. Və Bitcoin istifadə edən hər bir kəs, Bitcoin şəbəkəsinin bir parçasıdır. Bəs, bu Bitcoin’lər haradan gəlir?Məsələn, kağız pulun nə vaxt çap olunacağına və paylanılacağına dövlət qərar verir. Bəs Bitcoin’in? Bitcoin’in mərkəzi bir höküməti yoxdur. Bitcoin mədənciliyində, mədəncilər riyazi problemləri həll etmək üçün xüsusi sistemlərdən istifadə edirlər. Bunun qarşılığında bir miqtar yeni Bitcoin istehsal edilir. Əslində bu yeni Bitcoin’in istehsal olunması üçün çox ağıllı bir fikirdir. Və bu fikir insanları mədənçi olmağa təşvik edir. Və daha çox mədənçi daha etibarlı şəbəkə deməkdir. Mədənçi olmaq üçün güclü komputerlerə güclü sistəmlərə sahib olmalısız. Adi sistemlərlə bunu etmək hardasa imkansız kimidir. Nə qədər güclü sistem o qədər çox pul deməkdir. Bu sistemlərlə siz Bitcoin mərkəzi sayılan BLOCK CHAIN sistemindəki o zəncirvari rəqamsal məlumatları sizin sisteminizdədə saxlanmasına şərait yaradırsınız. Və əməliyyatlardan müəyyən miqdarda Bitcoin əldə edirsiz.

Rəy bölümü

Anar Nabiyev

Reklam