5G Nədir?
Ana səhifə » 5G Nədir? Korona virus ilə əlaqəsi varmi?

5G Nədir? Korona virus ilə əlaqəsi varmi?

Son vaxtlarda korona virus məsələsi ilə 5G texnologiyası iri planda canlanmağa başladığını bilirik. Bu iki tamami ilə fərqli mövzünü onlarla yol ilə bir-biri ilə əlaqələndirməyi bir çox insan bacarmışdır. Bu postumda bunlara qısaca olaraq öz fikrimə və araşdırmama nəzərən cavablamağa çalışacam.

5G Nədir?

5G  (ingiliscə – fifth generation) 5-ci nəsil kabelsiz mobil texnologiyadır. 5G daha sürətli əlaqə üçün fərqli frekanslar istifadə edən sonuncu nəsil bir sistemdir.

5G özəllikləri nələrdir?

İlk olaraq onu qeyd edimki mobil şəbəkə xidmətləri tərəfindən istifadə olunan enerjidə təxminən 90 % azalma qeyd olunacaq. 4G ilə müqayisədə eyni anda daha çox cihaz ilə əlaqədə qala biləcək. Nə qədər sürətli olduğunu bilmək istəsəniz, bir təcrubəni misal göstərim. Deməli, Qualcomm firmasının keçirdiyi testlərdə saniyədə 4.5 gigabit sürətini əldə etdiklərini açıqlamışdılar. Amma bu əldə edilən ən yüksək sürətdi. Ortalama sürətin sanioyədə təxminən 1.5 gigabit olduğu qeyd edilir. Buda 4G dən hardasa 20 dəfə daha sürətli deməkdir.

5G Korona virus ilə əlaqəsi varmı?

5G ni korona virus ilə əlaqələndirən geniş yayılmış fikirlərdən biri komplo nəzəriyyəsi olaraq 5G ilə istifadə olunan 60Ghz frekansın oksigen molekulları tərəfindən əmildiyi bununlada oksigenin hemoqlobin tərəfindən alınmasına maneə yaratdığını və Covid-19 xəstələrində hava çatışmamazlığı probleminin artdığı fikri irəli sürülür. Hətta bu fikirlər o qədər ciddiyə alındı ki, İngiltərənin bəzi şəhərlərində 5G stansiyalarına hücumlar baş verdi.

Amma bu və bunun kimi digər fikirlərin hamısı əsassızdır. Heç bir əsası olmayan fikirlərdir. Tarix boyunca həmişə belə olmuyubmu? İnsanlar bilmədikləri bir şeydən həmişə qorxdular və ona hucum etdilər. Ya da onun üstünlüyünü qəbul etməmək üçün nəsə axtardılar. İngiltərə sağlamlıq sistemi tibb direktoru Stephen Powis Korona virus ilə 5G arasındakı bu xəbər ilə əlaqəli ” Bu 5G ilə bağlı hekayə tamamilə bir yalandır. Cəfəngiyyatdır. Yalan xəbərin ən pislərindən biridir.” dedi.

Rəy bölümü

Anar Nabiyev

Reklam